logo

Teleqüllə yaxınlığında yaşayan sakinlərin köçürülməsinə başlanıldı

21:08 24-01-2018 | icon 2366
Teleqüllə yaxınlığında yaşayan sakinlərin köçürülməsinə başlanıldı

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb. YeniAvropa xəbər verir  ki, bu barədə  Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilir.

Hazırda ərazi polis nəzarətindədir.

Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.(APA)