logo

Ramin Hacılı azadlığa buraxılıb

17:28 09-04-2019 | icon 2737
Ramin Hacılı azadlığa buraxılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş ictimai fəal Ramin Hacılı azadlığa buraxılıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə sosial şəbəkədə R.Hacılının özü məlumat paylaşıb.

O, fotosunu paylaşaraq azadlıqda olduğunu qeyd edib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, qurumun Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları ötən il iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıblar. Həmin gün sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlunu saxlayıb.