logo

Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

14:25 09-04-2019 | icon 2793
Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən  YeniAvropa-ya bildirilib ki, bu gün axşam saat 23:00-dan aprelin 10-u səhər saat 06:00-dək Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq. Bununla əlaqədar sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.