logo

“Abşeron”da gələn ilin III rübündə hasilata başlanılması gözlənilir

13:15 09-04-2019 | icon 3017
“Abşeron”da gələn ilin III rübündə hasilata başlanılması gözlənilir

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılması planlaşdırılır.

 YeniAvropa xəbər verir  ki,  bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasınıın xüsusi nəşri olan “Market Analysis Azerbaijan 2019”u ("Bazarın təhlili Azərbaycan-2019") jurnalında qeyd edilib.

Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 milyard m3 qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur.

"Abşeron" yatağından 2022-2023-cu illərdə isə illik hasilatın ən azı 4 milyard m3-dək artacağı gözlənilir.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard m3 qaz və 45 milyon ton kondensat təşkil edir.