Mayın ilk hərracında özəlləşməyə 85 dövlət əmlakı çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 7-də təşkil olunacaq hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir.
Komitədən YeniAvropa-ya bildirilib ki, dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30 -45 faizini təşkil edir.
Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12,2 kvadratmetr ilə 11,2 min kvadratmetr arasındadır. Bu dövlət əmlakları paytaxtla yanaşı, Neftçala, Qazax, İmişli, Zaqatala kimi şəhər və rayonlarda yerləşir. Müəssisələr fəaliyyət istiqamətlərinə görə də müxtəlifdir. Belə ki, onlar arasında ticarət obyekti, yardımçı təsərrüfat, anbar, əmlak kompleksi və digər dövlət əmlakları var. Paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87,4 kvadratmetrdir. İlkin hərrac qiyməti 11 min 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən isə 7-si paytaxtda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Bərdə, Daşkəsən və Ağdaşda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kvadratmetr ilə 52,7 kvadratmetr arasındadır. Qeyri-yaşayış sahələrindən biri obyektin ümumi faydalı sahəsi 47,9 kvadratmetr olan Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsindədir.
Nəqliyyat vasitələrinin hərracında iştirak etmək istəyən şəxslər buraxılış tarixi 1986-2008-ci illər olan “Fiat”, “UAZ”, “QAZ” və digər markalardan olan avtomobillər üzrə seçim edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ilkin hərrac qiyməti 2 min manat ilə 7 min manat arasındadır.
Hər bir şəxs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazanmaq da mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, sahibkarları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi hərraclarda fəal iştiraka dəvət edir.
Vətəndaşlar sadə prosedurlardan keçməklə dövlət əmlaklarının özəlləşdirilməsində rahatlıqla iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda yaradılan imkanlar ilə hər kəs onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilir. Müasir hərrac sistemi ilə sifarişçilər və adi şəxslər olduğu məkandan prosesə elektron formada qoşula bilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb