Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti bina 237, mənzil 3 ünvanında baş verib. Belə ki, həmin ünvanda yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və onun bacısı, 2010-cu il təvəllüdlü, 4-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Faktla bağlı araşdırma aparılır.