Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft-qaz şirkətlərinin Azərbaycandakı layihələrdə iştirak etməyə maraqlıdırlar.
YeniAvropa xəbər verir ki, bu fikirlər SOCAR-ın prezidenti Rövnəq Abdullayev aprelin 7-də Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşündə səsləndirilib.
Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və "Mubadala" investisiya şirkətinin ölkəmizdə həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilib.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.