Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.ışdır.