Aprelin 22-dən "Türk Hava Yolları" (THY) Ankara-Bakı-Ankara istiqamətində yeni birbaşa uçuşlara başlayır.
Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.
Bununla da, dünyanın ən çox ölkəsinə uçan "Türk Hava Yolları" aviaşirkəti Türkiyənin 3 fərqli şəhərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar İstanbuldan 2, Ankara və Antalyadan isə bir hava limanından olmaqla ümumilikdə 4 hava limanından reallaşdırılacaq.
Qeyd edək ki, Azərbaycandan əks istiqamətdə Bakı, Gəncə və Naxçıvan şəhərlərindən də İstanbula birbaşa uçuşlar təşkil olunur.