Aprelin 8-də SOCAR ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) kiçik və orta sahibkarların dəstəklənməsi ilə bağlı anlaşma memorandumu imzalayıb.
YeniAvropa xəbər verir ki,bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal olunması mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur.