logo

Gürcüstandakı 4,5 bal gücündə zəlzələ Azərbaycanda da hiss olunub

14:10 07-04-2019 | icon 2751
Gürcüstandakı 4,5 bal gücündə zəlzələ Azərbaycanda da hiss olunub

Aprelin 7-də Zaqatala stansiyasından 43 kilometr cənubda - Gürcüstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.