logo

Mehriban Azərbaycanın 10 milyonuncu sakinini oldu

11:10 07-04-2019 | icon 2842
Mehriban Azərbaycanın 10 milyonuncu sakinini oldu

Azərbaycanda doğulan 10 milyonuncu uşağa  Mehriban adı qoyulub.

YeniAvropa xəbər verir  ki, bu barədə uşağın atası Rauf Həsənov məlumat verib.

Xatırladaq ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  ötən gün Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bakının Sulutəpə qəsəbəsində yaşayan Rauf Həsənov polis serjantıdır. Ailənin ilk övladı olan 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova isə orta məktəblərdən birində müəllim kimi çalışır.