Azərbaycanda doğulan 10 milyonuncu vətəndaşın şərəfinə bu gün paytaxtın 12 rayonunda bayram tədbirləri keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu gün saat 12:00-dan başlayaraq paytaxtın Səbail ,Yasamal, Nəsimi, Binəqədi, Nərimanov, Nizami, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonlarındakı böyük parklarda konsert proqramları təşkil olunacaq.
Ən böyük konsertin isə Bulvarda (Saat qülləsi) keçirilməsi nəzərdə tutulub. Saat 17:00-da başlayacaq konsert saat 21:00-da atəşfəşanlıqla davam etdiriləcək.