logo

Dövlət qulluqçusunun əməkhaqqının 200 manatdan çox olan hissəsindən 14 faiz vergi tutulacaq

12:46 06-04-2019 | icon 2856
Dövlət qulluqçusunun əməkhaqqının 200 manatdan çox olan hissəsindən 14 faiz vergi tutulacaq

Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra dövlət qulluqçularından əmək haqqından vergi tutulması qaydası dəyişib. 

 YeniAvropa xəbər verir  ki, Vergilər Nazirliyindən verilən məlumatda bildirilib ki,  muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir. Bu, həmin sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır.

Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırıılıb.

Əməkhaqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.Məsələn,  hesablanmış əməkhaqqı 570 manat təşkil edən dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqından 51,8 manat (570-200=370x14 faiz=51,8 manat) vergi tutulacaq.