logo

Dərs vaxtı özünü məktəbin pəncərəsindən atan 14 yaşlı qız öldü

11:53 06-04-2019 | icon 2709
Dərs vaxtı özünü məktəbin pəncərəsindən atan 14 yaşlı qız öldü

Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Şagirdə müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulub.

Qeyd edək ki, anası Sevil Hacıyeva KİV-ə müsahibəsində qızına məktəbin yuxarı sinif şagirdləri tərəfindən təzyiq edildiyini, bununla bağlı direktor və müəllimlərin məlumatlandırıldığı halda tədbir görülmədiyini deyib.