2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə istinadla xəbər yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.