logo

“Diqlas”da yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq

21:49 05-04-2019 | icon 2786
“Diqlas”da yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq

Aprelin 6-dan “Diqlas” ticarət mərkəzində yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Malların uçotu aparılandan və ziyanın dəqiq məbləği müəyyənləşəndən sonra sahibkarlara ödəniləcək vəsaitin məbləği də tam müəyyənləşdiriləcək. Sahibkarlar şəhərin müxtəlif yerlərindəki ticarət mərkəzlərində yerləşdirilmək üçün təkliflər alıblar. Onların müraciəti əsasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlər veriləcək”, - deyə Ş.Mustafayev qeyd edib.