logo

Azərbaycanın növbəti ixrac missiyası Riqaya gedir

19:11 05-04-2019 | icon 2989
Azərbaycanın növbəti ixrac missiyası Riqaya gedir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprelin 7-də Riqaya yola düşəcək.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq.

İxrac missiyası aprelin 7-10-u tarixlərini əhatə edəcək.