İndiyədək Azərbaycanda 900 mindən çox sahibkar qeydiyyatdan keçib.
YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev məlumat verib.
"Əsas məsələlərdən biri sahibkarlar şuralarının yaradılmasıdır. Yaxın vaxtlarda Qida Təhlükəsizliyi Agentliyi ilə müvafiq şuranın yaradılması nəzərdə tutulur. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə sahibkarlar şuraları yaradılıb", - deyə M.Musayev bildirib.