logo

FHN: “Diqlas” ticarət mərkəzi söküləcək

20:22 04-04-2019 | icon 2576
FHN: “Diqlas” ticarət mərkəzi söküləcək

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzi söküləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilib ki, mütəxəssislər “Diqlas” ticarət mərkəzinin sökülməsi ilə bağlı rəy veriblər.

Xatırladaq ki, martın 26-da Bakı şəhərinin Nizami rayonundakı Qara Qarayev prospektində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb.

Bununla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Həmin gün dövlət başçısı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.