logo

Nazir: Rusiya şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

18:20 04-04-2019 | icon 3101
Nazir: Rusiya şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlıdır.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

"Bununla bağlı ikitərəfli dialoqu davam etdirmək məqsədilə bu ilin iyulunda Yekaterinburqda baş tutacaq forumda iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş keçirmək barədə razılıq əldə edilib", - deyə nazir qeyd edib.

Bugünkü tədbirdə iştirak edən Rusiya şirkətlərinin Azərbaycana ixracatın həcmini artırmaq niyyətində olduğunu deyən D.Manturov diqqətə çatdırıb ki, Azərbaycanda birgə müəssisə yaradıb istehsal ediləcək məhsulları üçüncü ölkələrin bazarına çıxarmağı arzu edən şirkətlərimiz var.