logo

Rusiya-Azərbaycan işgüzar missiyasının növbəti görüşü  Yekaterinburqda keçiriləcək

15:50 04-04-2019 | icon 2919
Rusiya-Azərbaycan işgüzar missiyasının növbəti görüşü  Yekaterinburqda keçiriləcək

Rusiya-Azərbaycan işgüzar missiyasının növbəti görüşü bu il iyulun əvvəlində Yekaterinburqda keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazir qeyd edib ki, forum çərçivəsində şirkətlərlə qurulan dialoq davam etdiriləcək: “Bunadək isə biz bu gün danışıqlar apardığımız layihələr üzrə işlərə başlamalıyıq. Bu layihələrin icrası üçün onlara lazımi dəstəyi verməyə hazır olmalıyıq”.