Rusiyadan Azərbaycana ani pul köçürmələri servisi tətbiq olunub
“Sberbank”ın ani pul köçürmələri onlayn servisi işə başlayıb.
YeniAvropa xəbər verir ki, Rusiyanın “Sberbank” bankı yaxın xarici ölkələrə, o cümlədən Azərbaycana ani pul köçürmələri servisini tətbiq etməyə başlayıb. İndi bu bankın kartından köçürməni alan şəxsin mobil telefon nömrəsi və adını göstərməklə pul köçürmək mümkün olacaq. Bank əməliyyatı “Sberbank onlayn” əlavəsindən həyata keçirilir. Köçürülən vəsaiti nağd şəkildə “Western Union” pul köçürmələri xidmətinin istənilən məntəqəsindən almaq olar.
İlkin mərhələdə sistem Azərbaycan, Belarus, Gürcüstan, Monqolustan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Özbəkistanda işləyəcək. Hələlik ani pul köçürülməsi sistemi “Android” platformasında işləyən smartfonlarda mümkündür. Tezliklə xidmət “IOS” platformasında da tətbiq olunacaq.
“Sberbank” kartından pul köçürmək üçün bankın onlayn əlavəsində “Xaricə pul köçürmələri” (“Переводы за рубеж”) bəndini seçib köçürmənin göndəriləcəyi ölkəni, vəsaiti alacaq şəxsin adını, atasının adını və soyadını və mobil nömrəsini göstərmək kifayətdir. Bundan sonra vəsaiti göndərənin və alanın mobil telefonuna “Western Union”da həyata keçirilən əməliyyatın 10 rəqəmli nömrəsi gəlir. Bu nömrəni və şəxsiyyət vəsiqəsini təqdim etməklə pul köçürməsini almaq mümkündür. Köçürmənin məbləği 100 rubldan 100 min rubladək və ya bu məbləğə uyğun digər valyutada ola bilər. Köçürməyə görə bir faiz komissiya pul vəsaiti göndərən şəxsdən tutulur.
“Sberbank”ın vitse-prezidenti İqor Mamontov yeni sistemin tətbiqini göstərilən ölkələrə pul köçürmələrinə tələbatın artması ilə izah edir.
Rusiya Mərkəzi Bankının hesablamalarına görə, ötən il bu ölkələrə fiziki şəxslər tərəfindən pul köçürmələri 5,1 faiz artaraq 12,3 milyard dollara çatıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb