"Diqlas"dakı sahibkarlara ödənişlərin verilməsi üçün bu gündən sənədlərin qəbuluna başlanıb
"Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara ödənişlərin verilməsi üçün sənədlərin qəbuluna aprelin 4-dən başlanılır.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, ödənişlər "Kapital Bank" və "Turan Bank" vasitəsilə həyata keçiriləcək. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar maddi yardımdan xidmət haqqı tutmayacaq.
“Artıq 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib. Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib. Kreditlə bağlı 14-15 milyon manat kreditlə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarlığın İnkişafı Fondunda kifayət qədər vəsait var. Ziyanın məbləği tam bəlli olduqdan sonra hökumətdə yaradılmış komissiya tərəfindən sahibkarlara dəyən ziyan tam ödəniləcək", - deyə nazir vurğulayıb.