Aprelin 4-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna məlumat yerləşdirilib.
Bildirilir ki, “Iran Air” aviaşirkətinin yerli vaxtla saat 17:20-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 18:20-də Bakıdan Tehrana “IR 749” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A321-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.