Bu il Rusiyanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində “Azərbaycan Ticarət Evi” və şərab evlərinin açılması nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, gələcəkdə Rusiyanın digər şəhərlərində də ticarət və şərab evlərinin açılması planlaşdırılır: “Rusiyada yaradılacaq Azərbaycan ticarət və şərab evləri yerli məhsulların tanıdılması və ixracın artırılması istiqamətində fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minskdə açılıb. Hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində Azərbaycan ticarət evləri fəaliyyət göstərir.