logo

Bakıda Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbir keçirilir

12:57 04-04-2019 | icon 3031
Bakıda Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbir keçirilir

Aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr edilən tədbir keçirilir.

YeniAvropa  xəbər verir ki, tədbirdə dövlət qurumlarının, İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları və sahibkarlar iştirak edirlər.

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun tədbirin əhəmiyyətindən, iki dost ölkə arasında sosial-iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Ticarət Palatasının yaradılmasının Azərbaycan-İsrail iqtisadi əlaqələrinin dərinləşməsində mühüm rol oynadığını bildirən A.Kaplun qurumun gələcək fəaliyyətinə həsr olunan təqdimatla çıxış edib.

Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı ticari dövriyyələrin həcminin artırılması və şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışıb. Qeyd edib ki, Azərbaycan-İsrail Ticarət Palatası bu əməkdaşlığın genişləndirilməsi üçün böyük işlər görə bilər.

Ölkələrimiz arasında biotexnologiyalar, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və telekommunikasiya sahələrində, həmçinin təhsil, səhiyyə və əczaçılıq sektorunda əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğu vurğulanıb.