“AITF 2019” sərgisində 17 ölkədən 189 şirkət iştirak edəcək
Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci dəfə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (ATIF - 2019) təşkil olunacaq. Aprelin 6-dək davam edəcək sərgi müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələrini bir araya gətirəcəkdir.
YeniAvropa xəbər verir ki, bu sözləri mətbuat konfransında sərginin regional direktoru Edvard Stroon deyib. Bildirib ki, builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir.
Qeyd edilib ki, “Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edəcək. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir.
Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də “AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan “Tibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus Respublikasını, Bolqarıstanı, Çex Respublikasını, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.
Konfransda çıxış edən digər natiqlər qeyd ediblər ki, “AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək. 2019-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib. Azərbaycan poeziyasının ilk incilərinin müəllifi olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası və Azərbaycan ədəbi dilinin banisi hesab edilir. Bu münasibətlə sərginin üç iş günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq.
Qeyd edək ki, bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb