Gürcüstanın Mülki Aviasiya Agentliyi yaz-yay mövsümü ilə əlaqədar 2 ölkənin aviaşirkətinə Batumiyə birbaşa uçuşlar həyata keçirmək üçün icazə verib.
Agentikdən YeniAvropa-ya bildirilib ki, Azərbaycanın “Buta Airways” loukoster aviaşirkəti iyunun 14-dən başlayaraq sentyabrın 13-dək Bakı-Batumi-Bakı marşrutu üzrə həftədə 2 dəfə uçuşlar həyata keçirəcək. Uçuşlar həftənin cümə və bazar günləri yerinə yetiriləcək. Uçuşlar “Embraer E-190”, “Airbus A-319” və “A-320” model təyyarələr vasitəsilə reallaşdırılacaq.
Ukraynanın “SkyUp Airlines” şirkəti də Batumiyə birbaşa uçuşlar həyata keçirəcək. Şirkət mayın 25-dən başlayaraq Kiyev-Batumi–Kiyev istiqamətində həftədə 10 uçuş yerinə yetirəcək.