Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat nəticəsində Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, onun qəsəbədəki evinin həyətində aparılan axtarış zamanı torpağa basdırılmış bir ədəd “Makarov” markalı tapança, patron darağı və yeddi patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.