logo

35 mindən çox sahibkara dövlət 2,3 milyard manat güzəştli krediti verilib

12:29 02-04-2019 | icon 3220
35 mindən çox sahibkara dövlət 2,3 milyard manat güzəştli krediti verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkarlıq subyektinin layihəsinə 2,3 milyard manatlıq dövlətin güzəştli krediti verilib.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin olunub.