logo

Ağsu-Xanbulaq avtomobil yolununda hərəkət bərpa edilib

20:20 01-04-2019 | icon 2534
Ağsu-Xanbulaq avtomobil yolununda hərəkət bərpa edilib

Aprelin 1-də səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci kilometrində yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı tökülüb. Nəticədə yol ilə hərəkət qısa müddətə məhdudlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-a bildirilib ki, əraziyə dərhal agentliyin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa edilib.

Sözügedən ərazi aktiv sürüşmə zolağında yerləşir, torpaq uçqununa isə intensiv yağışlar səbəb olub.