Aprelin 2-də Rumıniyanın paytaxtı Buxarestdə Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşü keçiriləcək. Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil ediləcək iclasda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, tədbirdə Şərq Tərəfdaşlığı Proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılacaq, energetika sektorunda məqsəd və prioritetlər üzrə irəliləyişlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildən Avropa İttifaqı tərəfindən həyata keçirilir.