logo

Azərbaycan istehsallı “Peugeot” avtomobili 17 500 manatadır

11:48 01-04-2019 | icon 3101
Azərbaycan istehsallı “Peugeot” avtomobili 17 500 manatadır

"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri satışa çıxarılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  "Azərmaş" ASC-nin mətbuat xidmətinin rəhbəri Günay Namidar məlumat verib. Onun sözlərinə görə, “Peugeot” markalı avtomobilin nağd qiyməti 17 500 manatdır. İlkin olaraq bu avtomobillər daxili bazara çıxarılıb. Bununla yanaşı, bu avtomobillərin xaricə ixraci istiqamətində də işlər aparılır”, - deyə Günay Namidar bildirib.

Qeyd edək ki, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib.

Zavodun illik istehsal gücü 10 min avtomobildir. Ötən dövrdə müəssisədə mindən çox “Khazar” avtomobili istehsal olunub və satılıb.