logo

"Diqlas"dakı sahibkarlara təklif olunan obyektlərinin sayı 7-ə çatdı

17:53 31-03-2019 | icon 3206
"Diqlas"dakı sahibkarlara təklif olunan obyektlərinin sayı 7-ə çatdı

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.

YeniAvropa xəbər verir  ki, bu haqda İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sahibkarlara təklif olunan obyektlər bunlardır:

1. Bakıxanov qəsəbəsi, “Aygün” Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə – 80 obyekt, 6000 m2. Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43).

2. Bakıxanov qəsəbəsi, “Meqasiti” Ticarət Mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 m2. Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43).

3. Dərnəgül şosesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11).

4. Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv.m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55).

5. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. Əlaqələndirici şəxslər: Fərid Mahmudov (tel: 050 211 81 89), Qabil Nəhmədov (tel: 050 213 33 68).

6. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 81 18).

7. S.Vurğun küçəsində yerləşən “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv.m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60).

QEYD: İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).