logo

Lüt qızların videosunu yayanların özlərinin fotosu yayıldı

16:55 31-03-2019 | icon 10619
Lüt qızların videosunu yayanların özlərinin fotosu yayıldı

Sosial şəbəkələrdə Bakıda vilalardan birində çılpaq qızları əks etdirən video yayılıb.

YeniAvropa xəbər verir  ki,videoda kişi ilə eyni masada yeyib içən, spirtli içki qəbul edən 3 gənc qızın tamamilə çılpaq vəziyyətdə mahnı oxuduğu əks etdirilib. Görüntülərdən videonu çəkən kişinin çılpaq qızlardan birinə stəkan verməsi və həyətə çıxıb sındırması da yer alıb.

Həmin qız stəkanı villanın həyətində sındırarkən həyətdəki ağ rəngli “Range Rover” markalı, 90 SA 888 dövlət qeydiyyat nişanlı avtomobil də kadrlara düşüb.Eyş-işrət məclisindəki qızların və onları lentə alan şəxsin hadisə vaxtı spirtli içkinin təsiri altında olması ehtimal edilir.

 

 Bu arada içki məclisindən görüntüləri  lentə alanların kimliyi müəyyənləşib.Çılpaq qızlarla videosu yayılan 90 SA 888 dövlət nişanlı "Range Rover" markalı avtomobilin sahibi Gəncə şəhər sakini Əliyev Səttar Qüdrət oğludur.  Onun Moskvada meyvə-tərəvəz biznesi ilə məşqul olduğu bildirilir. 

 Əxlaq normalarından uzaq olan videonun hansı məqsədlə çəkildiyi məlum deyil.