Qax rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Sarıbaş kəndinə 60 sm qar yağıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qax RİH-dən məlumat verilib. Bildirilib ki, ötən gecədən etibarən ölkənin şimal-qərb bölgəsinə qar yağmağa başlayıb.
Ən çox yağıntı Sarıbaş kəndinə düşüb. Günorta saatlarında kənddə qarın qalınlığı 50-60 sm təşkil edib və qar günün ikinci yarısında da yağmaqda davam edib.