Gömrük nəzarətindən gizlədilən balıq kürüsü və tütün məmulatları aşkarlanıb .
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsi saxlanılıb və rentgen qurğusu vasitəsilə avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı şübhəli məqamlar müəyyən edildiyindən təkrar gömrük yoxlaması aparılıb və nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13 min 800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd “Belomorkanal” markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.