Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib. YeniAvropa xəbər verir ki, yaxınlarının bildirdiklərinə görə, N. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib , küçədə yerə oturub və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!