Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, ondan 11,1 kiloqramdan artıq marixuana götürülüb.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Nardaran qəsəbə sakini, əvvəllər məhkum edilən N.Əlizamanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 250 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.