logo

Apreldə bəzi bölgələrdə 28 dərəcə isti olacaq

15:57 29-03-2019 | icon 2968
Apreldə bəzi bölgələrdə 28 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, apreldə havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal edilir.

Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 7-12°, gündüzlər 13-18°, bəzi günlərdə 21-26° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 23-33 millimetr) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 7-12°, gündüzlər 13-18°, bəzi günlərdə 23-28° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 34-59 millimetr) bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10° isti olacağı gözlənilir. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti, gündüzlər 10-15°, bəzi günlərdə 18-22° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 54-83 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 7-12°, bəzi günlərdə 0-4°, gündüzlər 12-17°, bəzi günlərdə 20-25° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (31-54 millimetr) ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 10-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 3-8° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 19-24° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 29-126 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 7-12°, gündüzlər 13-18°, bəzi günlərdə 23-28° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 30-49 millimetr) bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 10-14° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 6-11° isti, bəzi günlərdə dağlarda 3° şaxtadan 2°-dək isti, gündüzlər 11-16°, bəzi günlərdə 20-25° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 millimetr) ehtimalı var.