“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlar üçün aprelin ilk həftəsindən ilkin ödənişlər həyata keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, ilkin maddi dəstək vermək üçün tədbirlər görülür. Yaradılan İşçi Qrupu bu məqsədlə görüşlər keçirir, araşdırmalar aparır. İlkin ödənişlərin qarşıdakı həftə ərzində həyata keçirilməsi planlaşdırılır.
Ş.Mustafayev qeyd edib ki, zərər çəkən sahibkarlar üçün “Kapital Bank”da şəxsi hesablar yaradılacaq və ödənişlər kart vasitəsilə olacaq. Üç gün ərzində aparılan araşdırma nəticəsində bu ödənişlər yerinə yetiriləcək.