FHN “Diqlas”dakı yanğınla bağlı rəsmi məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) martın 26-da paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, martın 26-da saat 08:13-də nazirliyin 112 – “qaynar telefon” xəttinə Bakının Nizami rayonu, Qara Qarayev prospekti - 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində (dönərxana) yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri saat 08:21-də çağırış ünvanına çatıb. Yanğının sürətlə yayılması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə olması, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi nəzərə alınaraq saat 08:28-də yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan edilib.
Yanğınsöndürmə işlərinin sürətləndirilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün yanğın yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 yanğınsöndürmə helikopteri cəlb olunub.
Yanğın nəticəsində dörd mərtəbədən və mansardadan, eləcə də üçmərtəbəli zirzəmidən ibarət ticarət mərkəzinin zirzəmisinin mənfi birinci mərtəbəsindən binanın mansardasına kimi içərisində təsərrüfat, geyim və s. mallar olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 kvadratmetr sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazarında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 kvadratmetr sahədə (ümumilikdə 16 min 500 kvadratmetr sahədə) yanıb.
Saat 12:30-da yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Sonrakı mərhələdə kəşfiyyat, soyutma, ticarət mərkəzinin zirzəmisində gizli yanğın və tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü və söndürmə işləri aparılıb. Yanğın saat 23:45-də tam söndürülüb.
“Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2-ci və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5 min kvadratmetr sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2, meyvə-tərəvəz bazarı 2,5 hektar ərazidə və üçmərtəbəli “Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN-in Əməliyyat-istintaq idarəsində cinayət işinin başlanılması ilə bağlı qərar qəbul edilib və istintaq qrupu yaradılıb.
“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya yanğın tam söndürülmədən yanğınsöndürmə bölmələrinin ərazini tərk etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qəti şəkildə bəyan edirik ki, bu məlumatlar kökündən yanlış olmaqla reallığı əks etdirmir və görülən işlərin üzərinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayılır.
Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.
Təəssüf hissi ilə bildiririk ki, əməliyyat barədə məlumatların nazirliyin rəsmi internet informasiya portalında mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. Kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır, hadisələrə həssaslıq və anlayışla yanaşmağı tövsiyə edirik.
Bir daha xatırladırıq ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə məlumatlar nazirliyin rəsmi internet informasiya portalında (www.fhn.gov.az) mütəmadi dərc olunur”, - deyə FHN-in məlumatında qeyd olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb