Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə martın 29-da Qroznı şəhərinə səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, A.Paşazadə Qroznıda Rusiya qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak və məruzə edəcək.
Səfər çərçivəsində QMİ sədri dövlət rəsmiləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlarla görüşlər keçirəcək.