Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman “AK” markalı avtomat silah, bir patron darağı və doqquz patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Maarif Kərimov barəsində 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.