logo

Bakı sakinini talayan şəxs Astarada tutulub

12:12 28-03-2019 | icon 2653
Bakı sakinini talayan şəxs Astarada tutulub

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması qısa müddətdə müəyyən edilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.