Respublikanın daxili işlər orqanlarının əməkdaşları ötən gün qeydə alınmış 33 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.