Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" Novruz bayramı münasibətilə ümumxalq şənliyinə qatılıb. YeniAvropa xəbər verir ki, şirkət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub.
Mart ayının 20-dən 26-na kimi davam etmiş ənənəvi “Bahar Qalası” festivalında milli-tətbiqi sənət məhsulları, rəsm əsərləri, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Festival çərçivəsində təşkil edilmiş konsert proqramı, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında rəqslər və nəğmələr təqdim edib, Azərbaycan estradasının ulduzlarının ifasında sevilən mahnılar səsləndirilib. Həmçinin, martın 23-də “Bahar Qalası” festivalının xüsusi qonağı olan Türkiyənin gənc estrada ulduzu AleynaTilki konsert proqramı ilə çıxış edib.
Azərbaycan xalqına hər zaman yaxın olan "Bakcell" şirkəti ölkənin milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək “Bahar Qalası” festivalının sponsoru olub. Festival çərçivəsində İçərişəhərdə quraşdırılmış "Bakcell" stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.
Qeyd edək ki, İçərişəhərdə keçirilmiş festival və ümumxalq Novruz şənliyində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.