logo

 "Bakcell" növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

18:47 23-01-2018 | icon 2093
 "Bakcell" növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatı ilə təltif olunub.YeniAvropa xəbər verir  ki,xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Facebook” şəbəkəsində 2017-ci ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə qədər olan fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə əsasən, şirkət özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Səhifə 2017-ci ildə dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “SociallyDevoted” sertifikatına layiq görülüb.

“Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da  vacib və təqdirəlayiq  edir.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti "Bakcell" şirkətinin ümumi fəaliyyətin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

“Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən “Facebook”  səhifəsinə müraciət edə bilərlər.