Cari ilin ilk iki ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 6 milyon 459,6 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, nəqletmənin 81,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Belə ki, yanvar-fevral aylarında bu kəmərlə 5 milyon 247,9 min ton neft nəql edilib.
Məlumatda daha sonra qeyd edilib ki, ötən iki ayda BTC vasitəsilə , hənçinin, 752,7 min ton tranzit nefti də nəql edilib.